Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının sonuncu tədris ili tələbələrinin pedaqoji təcrübələri regionda fəaliyyət göstərən təhsil müəssisələrində uğurla davam etdirilir.

 

ADPU-dan bildirilib ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan Quba şəhərindəki 5 təhsil müəssisəsi, Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Quba Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyində filial tələbələrinin pedaqoji internatura üçün nəzərdə tutulan kreditləri qazanmalarına şərait yaradılıb.

 

Artıq müvafiq ixtisaslar üzrə tələbələr tərəfindən sınaq dərsləri keçirilir. Sınaq dərslərində tələbələr  minimum bilik və bacarıqlarını nümayiş etdirir.  Onları həm təcrübə bazalarından, həm də filialdan ayrılan təcrübə rəhbərləri dinləyir və  qiymətləndirir.

 

Tələbələrə uğurlu dərs aparmaq, dərsin məntiqi ardıcıllığını müəyyən etmək, şagirdlərə lazım olan dərs vəsaitlərini seçmək, şagird nailiyyətlərini sistematik olaraq qeydə almaq, sinfi idarə edə bilmək, səmərəli təlim prosesi yaratmağın yolları haqqında lazımi tövsiyələr verilir.