Azərbaycanda səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

AzTU-nun rektoru Vilayət Vəliyev qonaqlarla görüşdə universitet haqqında ətraflı məlumat verib. AzTU və Türkiyə universitetləri arasında mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və perspektivdə nəzərdə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb.

 

Daha sonra qonaqlar AzTU-nun kampusunu ziyarət ediblər.