“Scopus” və “ScienceDirect” bazalarından istifadə üzrə təlimlər yekunlaşıb.

 

Təlim çərçivəsində “Elsevier” şirkətinin nümayəndəsi ilə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi arasında görüş keçirilib. Görüşdə elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin elmi fəaliyyətinin artırılması istiqamətində görüləcək işlər müzakirə olunub.

 

Qeyd edək ki, üç günlük təlimdə elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin əməkdaşları ilə praktiki sessiyalar keçirilib. Sessiyalarda yeni tədqiqat sahələrini və aktual elmi mövzuları müəyyən etmək üçün istinad və nəşr tendensiyalarının təhlili aparılıb. Həmçinin, iştirakçılara “Scopus”da indesklənən jurnalların metrik göstəriciləri və nəşr qaydaları haqqında geniş məlumat verilib.

 

Təlim iştirakçıların elmmetrik bazalarda praktik bacarıqlarının təkmilləşdirilməsi üçün interaktiv formada davam etdirilib.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.