Martın 11-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində elm və təhsil naziri Emin Əmrullayev Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasət Nurbeklə görüşüb.  

 

Görüş zamanı “Azərbaycan  Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”dan irəli gələn tədbirlərin icrası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. 

 

Görüşdə həmçinin iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri müzakirə olunub.