2024/25-ci tədris ilindən etibarən Sumqayıt Dövlət Universitetində (SDU) SABAH magistratura proqramlarına tələbə qəbulu həyata keçiriləcək.

 

SDU-dan bildirilib ki, “Kibertəhlükəsizlik”, “Data analitikası” və “Kompüter mühəndisliyi” ixtisaslaşmaları üzrə yeni məzmunlu SABAH magistratura proqramları tələbələrə təcrübəli tədqiqatçı alimlərdən öyrənmək fürsəti verəcək.

 

Proqramın digər üstünlükləri bundan ibarətdir ki, tədris prosesində “CodeAcademy” ilə əməkdaşlıq, beynəlxalq standartlara uyğun tədris təşkil olunacaq. Həmçinin, iş dünyasından peşəkarların iştirakı ilə birgə kadrlar hazırlanacaq,  karyera planlama xidmətləri göstəriləcək.

 

İşləyənlər üçün uyğun dərs vaxtları həftəiçi 19:00-dan 22:00-a qədər müəyyənləşdirilib. Ehtiyaca uyğun olaraq şənbə günləri dərslər modul əsaslı təşkil ediləcək.