Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fizika fakültəsinin 1974-cü il məzunları ilə görüş keçirilib.

 

ADPU-nun Məzun Koordinasiya və Karyera şöbəsinin müdiri Könül Əsgərova və fizika fakültəsinin dekan müavini dosent Xankişi Məmmədov məzunları qarşılayaraq, universitetdə və fakültədə aparılan işlər haqqında ümumi məlumat veriblər.

 

Universitetin elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov da 50 ilin məzunları ilə görüşüb, onları maraqlandıran sualları cavablandırıb, elmi-tədqiqat işləri haqqında məlumat verib.

 

Tədris departamentinin direktoru dosent Sənan  Əliyev isə son illərdə tədris sahəsində həyata keçirilən yeniliklərdən bəhs edib.

 

Sonra məzunlardan Nizami Əhmədov, Mahir Sarıyev, Sabir Şabanov, Ağaxəlil Əliyev və Əziz  Babayev tələbəlik xatirələrindən danışıblar.

 

Sonda ADPU-nun yenilənmiş Kitabxana-İnformasiya Mərkəzi ilə tanışlıq olub. Mərkəzin direktoru Zinharə Həsənova burada tələbələrə göstərilən elektron xidmətlər haqqında məlumat verib.