Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova ADA Universitetində keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və karyera sərgisində bildirib ki, xaricdə təhsil üzrə Dövlət Proqramı məzunlarından 66 nəfəri işlə təmin olunub.

 

T.Topalova qeyd edib ki, sərgi təhsillərini uğurla başa vurmuş məzunların tanıdılması, onların məşğulluğunun təmin edilməsi, xaricdə təhsil almış savadlı gənclərin ixtisasyönümlü karyera perspektivlərinin dəstəklənməsi,  məzunların işəgötürənlərlə əlaqələndirilməsi məqsədi daşıyir.

 

Niyazi Rəhimov