Dövlət Neft Fondunun icraçı direktorunun müavini Rövşən Cavadov ADA Universitetində keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” məzunları ilə görüş və karyera sərgisində çıxış edib.

 

O, proqramın maliyyələşməsi məsələsinə toxunub və xaricdə təhsillə bağlı Dövlət Proqramlarına bu günə qədər təxminən 300 milyon dollar vəsaitin ayrıldığını bildirib.

 

Niyazi Rəhimov