Təhsildə Keyfiyyət Təminatı  Agentliyi  (TKTA) mart ayı üçün tanınma üzrə müraciətlərin statistikasını açıqlayıb. TKTA-dan bildirilib ki, 313 müraciətçinin 255-i barədə müsbət qərar verilib, onlara müvafiq şəhadətnamələr təqdim edilib. 58 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
 
Tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 38, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 11, dövlət nümunəli olmayan diplom üzrə 6, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 1 nəfərin müraciətinə  mənfi cavab verilib. 
 
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda, Ukraynadan 94, Rusiyadan 78, Türkiyədən 73, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 18, Gürcüstandan 18, Belarusdan 5, Polşadan 5, Çindən 4, Macarıstandan 3, Amerika Birləşmiş Ştatlarından 2, Fransadan 2, İsveçrə Konfederasiyasından 2, Koreyadan 2, Litvadan 2, Almaniya Federativ Respublikasından 1, İspaniya Krallığından 1, Malayziyadan 1,  Niderland Krallığından 1, Qırğız Respublikasından 1 müraciətin olduğu müşahidə edilir.
 
Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 44, iqtisadiyyat üzrə 34, menecment üzrə 27, biznesin idarə edilməsi üzrə 22, hüquqşünaslıq üzrə 11 müraciətçi qeydə alınıb.
 
Bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 16 iş günü təşkil edir.