Məhəmməd Füzuli adına Əlyazmalar institutunda yeni təyinat olub.
 
 
Bu barədə "Azərbaycan müəllimi" qəzetinə AMEA-dan məlumat verilib.
 
 
Məlumatda qeyd edilib ki, filologiya üzrə fəlsəfə doktoru Samirə Əliyevanın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi vəzifəsinə təsdiq edilməsi yekdilliklə qəbul edilib.
 
 
Həmçinin filologiya elmləri doktoru, dosent Əzizağa Nəcəfovun Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunması ilə əlaqədar AMEA Rəyasət Heyətinə qərar layihəsinin təqdim olunması məqsədəuyğun hesab olunub.