Mayın 2-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya üzrə Sektor Qrupunun İnsan Kapitalı və Sosial İnkişaf Departamentinin direktoru Sofia Şakillə görüşüb.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyi ilə Asiya İnkişaf Bankı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və əməkdaşlıq perspektivləri müzakirə edilib.