Kataliz və Qeyri-üzvi Kimya İnstitutu alimlərinin "One-dimensional polymer of copper with salicylic acid and pyridine linkers: Synthesis, characterizations, solid state assembly investigation by hirshfeld surface analysis, and computational studies” adlı  məqaləsi Web of Science beynəlxalq bazasına daxil olan Journal of Molecular Structure –də (İF 3.8 CA) dərc olunub.
 
Bu barədə “Azərbaycan müəllimi”nə  institutdan məlumat verilib. 
 
Məqalədə qeyd edilir ki, 3,5-dinitrosalisil turşusu liqand kimi istifadə olunaraq Cu(II) kationu ilə piridin adduktu sintez olunmuş və bir çox fiziki-kimyəvi üsullarla – FT, IQ, UB spektroskopik və rentgenquruluş analizləri ilə tədqiq edilib. Məlum olub ki, mərkəzi atom Cu(II) kationu liqandın karbonil qrupunun və karboksil qrupunun oksigenləri ilə koordinasiyaya daxil olaraq polimer quruluşlu birləşmə əmələ gətirib. Mis kationunun əmələ gətirdiyi çox üzlü təhrif olunmuş kvadrat prizma formasındadır.
 
“b” oxu boyunca yaranmış polimer zəncir Crystal Explorer 21,5 proqramı ilə Hirşfeld səth analizi aparılıb, molekulyar orbital və kvant nəzəriyyələri ilə tədqiq olunaraq, molekullar arası Van-der-Vaals əlaqələrinin uzunluqları, molekullar arası boşluqların həcmi hesablanmış molekulyar orbitalın yuxarı həddi (HOMO) və aşağı həddi (LOMO) tapılıb. 
 
Məqalə ilə bu keçiddən https://doi.org/10.1016/j.molstruc.2023.136956  ətraflı tanış olmaq olar.