Sosial şəbəkələrdə Biləsuvar rayon İsmətli kənd Xanlar Qafarov adına tam orta məktəbin 8-ci sinif şagirdinin xəsarət alması ilə bağlı məlumatlar yayılıb. 
 
Məsələ ilə bağlı Şirvan-Salyan Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 21 may tarixində dərnək məşğələsindən çıxıb evə gedən zaman şagirdlərdən biri öz sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib. 
 
"Hadisə ilə bağlı araşdırma aparılıb, hüquq-mühafizə orqanlarına məlumat verilib. Biləsuvar rayon Təhsil sektorunun əməkdaşları tərəfindən məktəbliyə baş çəkilib, valideyn və şagirdlə söhbət aparılıb. Hazırda şagirdin səhhətində ciddi problem yoxdur" -  deyə məlumatda qeyd olunub.