Bir sıra ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə 2-9-cu siniflərində yaranmış boş yerlərə şagird qəbulu üçün müsabiqə elan edilir.
 
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, müsabiqəyə qeydiyyat 23 may saat 15:00-dan 3 iyun saat 17:00-a qədər sy.edu.az elektron sistemi vasitəsilə aparılacaq.
 
Qeyd edək ki, imtahanlar şagirdlərin 2024-2025-ci tədris ilində təhsil alacağı sinfə uyğun keçiriləcək.
 
İmtahanların keçiriləcəyi tarixlər barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.