Ağdərənin beş məktəbi ümumi təhsil müəssisələrinin siyahısına əlavə olunub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki məktəbəqədər, ümumi təhsil və məktəbdənkənar təhsil müəssisələrinin və digər qurumların Siyahısı”na dəyişiklikdə əksini tapıb.
 
Siyahıya aşağıdakı məktəblər əlavə olunub:
 
- Ağdərə rayonu Göyarx kənd Dağıstan Əzizov adına tam orta məktəbi
 
- Ağdərə rayonu Şıxarx qəsəbə Sarvan Quliyev adına tam orta məktəbi
 
- Ağdərə rayonu Talış kənd tam orta məktəbi
 
- Ağdərə rayonu Umudlu kənd Sabir Paşayev adına tam orta məktəbi
 
- Ağdərə rayonu Həsənqaya kənd ümumi orta məktəbi.
 
Bundan başqa, Tərtər rayonu Talış kənd uşaq bağçası Ağdərə rayonunun tərkibinə salınıb və adı dəyişdirilərək Ağdərə rayonu Talış kənd uşaq bağçası edilib.