İyunun 1-də Şuşa şəhərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə türk dövlətlərinin məktəbliləri arasında "Şuşa türk dövlətləri birliyinin mədəniyyət incisidir” adlı beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, türkdilli xalqların birliyini əks etdirən festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Macarıstandan 250-yə yaxın məktəbli ölkələrinin musiqi və rəqs mədəniyyətini təqdim edib.
Festivalda, həmçinin tanınmış mədəniyyət və incəsənət xadimləri, 150-yə yaxın məktəbli, şəhid övladları tamaşaçı qismində iştirak ediblər.
Qeyd edək ki, beynəlxalq yaradıcılıq festivalının təşkilində məqsəd türkdilli dövlətlərdən olan uşaqlar arasında dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərini daha da möhkəmləndirmək, uşaqlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini tanıtmaqdır.
![Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib](photos/şuşa3 amma1.jpg)
![Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib](photos/şuşa2.jpg)
![Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib](photos/şuşa7.jpg)
![Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib](photos/şuşa19.jpg)
![Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib](photos/şuşa23.jpg)
![Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib](photos/şuşa12.jpg)
![Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib](photos/şuşa6.jpg)
![Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçirilib](photos/şuşa8.jpg)