Sumqayıt Dövlət Universiteti Sumqayıt Texnologiyalar Parkı ilə birgə “Gələcəyin mühəndisləri" proqramına start verdi. 
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, bu proqram çərçivəsində ölkənin müxtəlif universitetlərindən müsabiqə əsasında seçilmiş 200 mühəndis tələbəyə altı ay ərzində SDU-da real sənaye təcrübələri əsasında praktik təlimlər keçiriləcəkdir. Təlimlər proseslərin bütövlüyünün qorunması və təhlükəsizliyi, material seçimi və avadanlıqların dizaynı, sənaye layihələrində keyfiyyətin idarəolunması, inspeksiya və monitorinq strategiyaları, ölçü cihazları və təmir işlərinin planlaması kimi mövzuları əhatə edəcəkdir. 
 
Gələcəyin parlaq mühəndislərinə ilk modulu keçməkdən böyük zövq aldım.