“Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının və Təhsilin İnkişafı Fondunun nümayəndələri arasında görüş keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə fonddan məlumat verilib. Bildirlib ki, görüşün əsas məqsədi Milli Aviasiya Akademiyası və Təhsilin İnkişafı Fondunun qarşılıqlı əməkdaşlığı ilə sənaye və ali təhsil müəssisələri arasında mövcud boşluqların müəyyən edilməsi və onların aradan qaldırılması olub. Təhsilin İnkişafı Fondunun dəstəyi ilə sənaye nümayəndələri cəlb edilərək Milli Aviasiya Akademiyasının maddi texniki bazasının və tədris laboratoriyalarının təkmilləşdirilməsi, birgə layihələrin icrası və ümumilikdə Akademiya və Fond arasında əməkdaşlıq imkanları müzakirə edilib.
 
Görüşün nəticəsi olaraq müxtəlif istiqamətlər üzrə əməkdaşlıq üçün ilkin razılıqlar əldə edilib, görüşləri və müzakirələri mütəmadi olaraq davam etdirmək, birgə lahiyələrin icrası üçün təkliflərin hazırlanması qərarı verilib.