3 iyul tarixində müəllimlərin işə qəbulu (MİQ) üzrə ibtidai sinif və musiqi fənlərindən test imtahanları keçirilib.
 
"Azərbaycan müəllimi"nə İnsan Resursları Mərkəzindən verilən məlumata görə, MİQ üzrə test imtahanlarının II günündə ibtidai sinif və musiqi fənləri üzrə 14 342 namizəd dəvət olunub. Ümumilikdə isə 85% davamiyyət qeydə alınıb, namizədlərin 15%-i imtahana gəlməyib.
 
Qeyd edək ki, sabah isə riyaziyyat və kimya fənləri üzrə test imtahanları təşkil olunacaq. Namizədlər şəxsi səhifələrinə daxil olaraq imtahanların keçiriləcəyi tarix və məkanla tanış ola bilərlər.
 
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının 2-10 iyul tarixlərində ölkənin 18 şəhəri olmaqla 39 imtahan mərkəzində təşkil olunması nəzərdə tutulub.