İyunun 19-da təxminən saat 23:10 radələrində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki rayonu Turan qəsəbə tam orta məktəbinin həyətində yerləşən istifadəyə yararsız binanın ikinci mərtəbəsində yanğın hadisəsi baş verib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.
 
Qeyd olunub ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və canlı qüvvəsi cəlb olunaraq yanğın söndürülüb. Yanğın ilə bağlı zərər çəkən olmayıb.
 
Yanğının baş vermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır.