Qurğu elektrik enerjisinə qənaət etməyə imkan verir


Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışı zamanı “İNNOLAND” İnkubasiya və Akselerasiya mərkəzində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmə Proseslərinin Avtomatlaşdırılması Elmi Tədqiqat İnstitutunun Elm və ixtiraçılıq mərkəzinin rəhbəri Valeh Arifzadənin müəllifi olduğu “Wattbooster” elektrik enerjisinə qənaət qurğusu Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edilib.

 

Prezident İlham Əliyev bu qurğunun məişətdə tətbiq edilmə imkanı ilə maraqlanıb və qurğunun müəllifi Valeh Arifzadə bunun nəinki məişətdə, həmçinin elektrik stansiyası şəklində də qurula biləcəyini qeyd edib. Bu cür yüksək göstəricilərə malik olan enerjiyə qənaət qurğusunun məhz Azərbaycanda Elmi Tədqiqat İnstitutununda hazırlanmasına görə cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva xoş təəssüratlarını ifadə ediblər.

 

“Wattbooster” qurğusu elektrik enerjisinin faydalı iş əmsalını artırır, elektromaqnit sahəsi hesabına daha çox elektrik enerjisi istehsal edir. Nəticədə qurğu elektrik avadanlıqlarının enerji sərfiyyatına qənaət edir. İlk öncə bu qurğu mobil operatorların antenalarının elektrik enerjisi sərfiyyatının azaldılması üçün nəzərdə tutulub.