"Bu gün Milli Məclisin bir qrup deputatı olaraq, sertifikatlaşdırma imtahanı prosesini izlədik, imtahan aparılan otaqlarla tanış olduq. Həmçinin müəllimlərə imtahanla bağlı suallar verdik. Müəllimlərin düşüncəsi ondan ibarətdir ki, suallar çətin deyildi və üzərində işləyən hər bir müəllim bu suallara rahatlıqla cavab verə bilər".

 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov media nümayəndələrinə açıqlamasında söyləyib.

 

O həmçinin qeyd edib ki, sertifikatlaşdırma ilə bağlı bu da xüsusilə vurğulanmalıdır ki, bu gün burada əsas məqsəd məktəblərdə təhsilin keyfiyyətini, məzmununu artırmaqdır. Bunun üçün müəllimlərin yüksək bilik və bacarıqlara malik olması çox önəmlidir. Digər məsələ isə ondan ibarətdir ki, müəllimlər öz üzərində davamlı işləməyi bacarmalıdırlar.