İmtahanda 92,5 bal topladım. Kurikulum sualları barədə narahat idim. Amma suallar olduqca asan idi. İstənilən müəllimin yaza biləcəyi suallar idi.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində müəllimlərin işə qəbulu (MİQ) imtahanında iştirak edən Fəridə Səlimova deyib.
 
“Gəncə Humanitar Kollecini bitirmişəm. Qısa müddət ərzində hazırlaşdım. Keçən il 88,75 balla daimiləşə bilmədim, 1 il xidməti müqavilə ilə işlədim. İkinci dəfədir ki, müəllimlərin işə qəbuluna imtahan verirəm”, - deyə Fəridə Səlimova qeyd edib.