Noyabrın 19-da təhsil naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunmuş İdris İsayevi nazirliyin  kollektivinə təqdim edib. 

 

Ceyhun Bayramov son illərdə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb, yeni təyinatın təhsilin inkişafına töhfə verəcəyinə əminliyini bildirib.

 

İdris İsayev dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir müavini ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün yüksək səylə çalışacağını vurğulayıb.