Mingəçevirdə uşaq bağçasında yanğın olub.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
 
Qeyd olunub ki, Mingəçevir şəhərində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağının döşəməsi 40 m² sahədə və sahəsi 40 m² olan otağın döşəməsi 20 m² sahədə yanıb.
 
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.