Ümumi (9 illik) orta təhsil bazasından kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatı davam edir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı portal.edu.az vasitəsilə elektron formada aparılır.
 
Qeydiyyatdan keçmək üçün abituriyentlər https://portal.edu.az/ -da şəxsi kabinet yaradaraq “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür.
 
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 20 avqust saat 18:00-da yekunlaşacaqdır. Həmin müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.