19 avqust saat 15:00-dan etibarən 2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə lisey seçimlərinə start verilir.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bu mərhələ I seçimdən sonra boş qalan yerlər üçün nəzərdə tutulur.
 
Şagirdlərin elektron yerdəyişmə portalında “İmtahanlar” bölməsinə daxil olaraq seçim etmək mümkündür. Bu mərhələdə 2 seçim şansı verilir və aşağıdakı şagirdlər iştirak edə bilər:
 
  • 10 baldan yuxarı nəticə göstərən;
  • I mərhələdə seçim edib, qəbul olmayan;
  • I mərhələdə seçim edib qəbul olan təsdiqləməyən/imtina edən/təsdiqləyib sənədlərini qəbul olduğu müəssisəyə təqdim etməyən;
  • I mərhələdə seçim etməyən şagirdlər.   
 
Bildirək ki, II mərhələ lisey və gimnaziya seçimi 21 avqust saat 17:00-da başa çatacaq.