2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün ixtisas seçimi bu gün saat 08:59-da başa çatıb.
 
"Azərbaycan müəllimi" Dövlət İmtahan Mərkəzinə istinadla xəbər verir ki, ümumilikdə 82 870 abituriyent ərizəsini təsdiq edib.
 
I qrup üzrə 25 138, II qrup üzrə 18 188, II qrup üzrə 21 890, IV qrup üzrə 6785, V qrup üzrə 15 653 namizəd ixtisas seçib.