19 avqust tarixində ibtidai sinif, kimya, fiziki tərbiyə, ingilis dili, coğrafiya və tarix fənləri üzrə müsahibələr təşkil edilib.
 
İnsan Resursları Mərkəzindən "Azərbaycan müəllimi"nə bildirilib ki, müsahibələrə 887 nəfər dəvət olunub. Onlardan 824 nəfər müsahibə mərhələsində iştirak edib.
 
Xatırladaq ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq və həmin namizədlərin müddətli müqavilə ilə işə qəbul turlarında iştirakı təmin olunmayacaq.