ADA Universitetinin təşəbbüsü ilə "Bir Müəllimin Manifesti" ixtisasartırma proqramı üçün qeydiyyat başlayıb.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, ixtisasartırma proqramı üç məkanda - Qazax Müəllimlər Seminariyasında/ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formatda keçiriləcək. 
 
ADA Universiteti regionlardan olan müəllimləri bu unikal proqramda iştirak etməyə və Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verməyə dəvət edir.
 
Ətraflı məlumat: ada.edu.az/bmm24