2024-2025 tədris ili üzrə mərkəzləşdirilmiş qaydada qəbul keçirən lisey və gimnaziyalara II mərhələ üzrə seçimlərin nəticələri elan olunub.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, qəbul nəticələri ilə şagirdlərin elektron hökümət portalı sy.edu.az platforması üzərindən “İmtahanlar” bölməsindən tanış olmaq mümkündür. Qəbul olunan şagirdlər üçün avtomatik sorğular yaradılıb. Şəxsi kabinetdə “Sorğularım” bölməsindən yaradılan sorğuların ardıcıllığını izləmək mümkündür.

 

Lisey və ya gimnaziyalara qəbul olan şagirdlərin 27 avqust 16:00-a qədər qəbul olduqları müəssisəyə şəxsi işləri təqdim edilməlidir. Qeyd olunan tarixədək sənədləri təqdim edilməyən şagirdlərin sorğuları silinəcək və qəbul etibarsız hesab ediləcəkdir.

 

Müvafiq keçidə daxil olmaqla keçid balları ilə tanış ola bilərsiniz:

II mərhələ üzrə keçid balları