"Qarabağ Universiteti tələbələrinin Xankəndiyə köçü" layihəsi çərçivəsində universitet əməkdaşlarından ibarət bələdçilər ilə demo turlar həyata keçirilib.
 
Bu barədə universitetdən "Azərbaycan müəllimi"nə məlumat verilib. Bildirilib ki, turun məqsədi gələcək tələbələri müşayiət edəcək bələdçiləri Xankəndi şəhəri və Qarabağ Universiteti ilə bağlı məlumatlandırmaqdır.
 
Tur bələdçiləri yataqxana imkanları ilə tanış olub və tur müddətində məlumatlandırma sessiyalarında iştirak ediblər.
 
Qeyd edək ki, turların təşkil olunması nəticəsində tələbələr Xankəndi şəhəri, Qarabağ Universiteti, eləcə də mənzil tipli yataqxana haqqında ilkin məlumatları əldə etmiş olacaqlar.