Təhsil naziri Ceyhun Bayramov verilişdə ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarını ətraflı şərh edib.

 

Nazir qeyd edib ki, təqaüdlərin məbləğinin davamlı olaraq artırılması ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsinə, tələbələrin stimullaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.