Qeyri-Avropa ölkələrindən Fransaya ali təhsil almağa gələn tələbələr üçün təhsil haqlarının artırılması barədə hökumətin bəyanatı açıq səmada ildırım effekti yaradıb. "euronews"un məlumatına əsasən, növbəti ildən artım 10 dəfədən artıq olacaq. Bu qərar artıq Fransada təhsillərini davam etdirənlərə aid deyil. Növbəti ildən qeyri-Avropa ölkələrindən bakalavriat pilləsində oxuyan tələbələr, demək olar ki, 170 avro əvəzinə 2800 avro, yəni 16 dəfə artıq təhsil haqqı ödəməli olacaqlar. Əvvəllər magistratura və ya aspirantura təhsili tələbəyə müvafiq olaraq 240 və 380 avroya başa gəlirdisə, indi ümumi olacaq – 3770 avro. Lakin, bəzi universitetlər hökumətin bu qərarının əksinə getməyə qərar verib. Təxminən 20 ali məktəb, onların arasında Paris-Sakle, Lion-2, Renn-2 və Ruan kimi universitetlər də var, bildiriblər ki, qeyri- Avropa ölkələrindən olan tələbələr üçün təhsil haqlarını qaldırmayacaqlar. Hökumət təkid edir ki, yeni qanun daha çox əcnəbi tələbəni Fransada təhsilə cəlb edəcək. Bunun üçün hökumət yeni təqaüdlər ayırmağı və bürokratik prosedurları sadələşdirməyi planlaşdırır.
Oruc MUSTAFAYEV