Bu fikir ADNSU-da Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbirdə vurğulanıb


Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı “Uşaqların təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.

 

Tədbiri giriş sözü ilə açan ADNSU-nun Mülki Müdafiə qərargahının rəisi Elşən Məmmədov Mülki Müdafiə Gününün tarixindən və əhəmiyyətindən danışıb. Həmçinin Mülki Müdafiə təşkilatının fəaliyyətindən söz açan E.Məmmədov baş verə biləcək potensial təhlükələrdən, təbii fəlakət, yanğın və qəza hadisələri zamanı düzgün təxliyə qaydalarından və bu istiqamətdə maarifləndirmə işlərinin əhəmiyyətindən bəhs edib.

 

Tədbirdə çıxış edən “Sənaye təhlükəsizliyi və əmək mühafizəsi" kafedrasının müdiri,  professor Sakit Rəsulov sosial bəlaların və təbii fəlakətlərin aktivləşdiyi bir vaxtda maarifləndirmənin vacibliyinə toxunub.

 

Sonda tədbir iştirakçılrının sualları cavablandırılıb.