Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərində olub.
Nazir müavini Gərmətük kənd tam orta məktəbinə və şəhər 6 nömrəli məktəb-liseyə baş çəkib, sinif otaqlarının, laboratoriyaların vəziyyəti ilə tanış olub, tədris prosesini izləyib.
Lənkəran şəhər 5 nömrəli tam orta məktəbdə təhsil ocağının uğur qazanmış idmançıları ilə görüşən Məhəbbət Vəliyeva ibtidai siniflərdə şagirdlərin oxuyub-anlama bacarıqlarına yiyələnmə vəziyyəti ilə də maraqlanıb. Məktəbin şagirdlərinə qrup tapşırıqları verən nazir müavini sonra məktəblilərin həmin tapşırıqlar üzrə təqdimatlarını dinləyib.
![Təhsil nazirinin müavini Lənkəran şəhərindədir](photos/04-05.03.19-4.jpg)
![Təhsil nazirinin müavini Lənkəran şəhərindədir](photos/04-05.03.19-6.jpg)
![Təhsil nazirinin müavini Lənkəran şəhərindədir](photos/04-05.03.19-7.jpg)
![Təhsil nazirinin müavini Lənkəran şəhərindədir](photos/04-05.03.19-10.jpg)