Paytaxtdakı 4 nömrəli uşaq incəsənət məktəbinin rəsm sinfinin şagirdləri “Listen to the Voice of the World”  beynəlxalq festivalda uğur qazanıblar.  UNESCO-nun Beynəlxalq layihələrin tətbiqi mərkəzinin, UNESCO nəzdində Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının dəstəyi və Azərbaycan “Resurs” Gənclərin İnkişafi Mərkəzinin, “Educenter” mərkəzinin və “Nur art house” qalereyasının birgə təşkilatçılığı ilə baş  tutan festivalda şagirdlərdən Lalə Abasova, Aysel Dadaşova, Zəhra Əliyeva, Jalə Əliyeva, Aydan Həsənzadə, Zəhra Novruzova, Nəzrin Mirzəzadə, Xumar Nəcəfli birinci yerə, Ülkər Məmmədova, Nigar Həmzəyeva, Vüsalə Ələkbərova, Nərgiz Rüstəmova isə ikinci yerə layiq görülüblər.

 

Qeyd edək ki,  “Nur art house” qalereyasında keçirilən tədbirin bədii hissəsində 4 nömrəli uşaq incəsənət məktəbinin şagirdlərinin ifası  maraqla qarşılanıb.

 

Sifai SƏFƏROVA