15 mart 2019-cu il tarixində AMEA  N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə rəsədxanada Elm Gününə həsr olunan növbəti tədbir keçirilib.

 

ŞAR-ın direktoru,  AMEA-nın müxbir üzvü Namiq Cəlilov tədbiri açaraq bu kimi tədbirlərin keçirilməsinin  gənclərdə elmə olan marağın artmasına və onların gələcəkdə ixtisasçı kimi yetişməsinə böyük təkan olacağını  bildirib.

 

Sonra ADPU-nun Şamaxı filialının direktou, filologiya üzrə fəlsəfə doktoru, dosent Tünzalə Yusifova çıxış edərək ölkə rəhbərinin hər zaman elmə, təhsilə böyük diqqət və qayğı göstərməsini  nəzərə çatdırıb.

 

Tədbir iştirakşılarına maraqlı məruzələr təqdim edilib. Rəsədxananın iki metrlik teleskopu və burada yerinə yetirilən elmi-tədqiqat işləri barədə ətraflı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb.