Müəllimlərin 70 faizi yeniliyi dəstəkləyir


Finlandiyanın məktəb təhsilində inqilabi islahatlar davam edir.  2020-ci ildə başa çatması gözlənilən yeniliklər çərçivəsində uzun  illər ərzində tədris olunan ənənəvi fənlər yox olur, fizika, biologiya, tarix və s. kimi fənlərin yerinə uşaqları real həyata hazırlayan fənlərarası kurslar gəlir.


Ölkənin Təhsil Nazirliyində  yeni təşəbbüsü belə izah edirlər ki, həyat dəyişir  və onunla birlikdə uşaqların təhsilinə yanaşmanı  da dəyişdirmək lazımdır.  "Məktəblər var ki, orada  1900-cü illərin əvvəllərində yaxşı hesab olunan köhnədəbli dərslər keçilir.  Lakin  hazırda tələbat dəyişib və biz XXI əsr üçün yararlı olan nələrisə yaratmalıyıq",-deyə  yenilik müəllifləri bildirir.


Yeni sistem məktəblilərə   öyrənmək üçün sərbəst kursları seçməyə imkan verəcək.  Məsələn, "Kafedə iş" kursu çərçivəsində yuxarı sinif şagirdləri iqtisadiyyatı, xarici dilləri, şəxsiyyətlərarası  kommunikasiyaları və s. öyrənəcəklər.

 

Paytaxt Helsinkidə müəllimlərin 70%-dən çoxu  yeni sistem üzrə  işləmək arzusunda olduqlarını bildirib.

 

Oruc MUSTAFAYEV