Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ Elektron Kitab Evində İqtisadiyyat və Menecment fakültəsinin (İMF) “Sənaye iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Qənimət Səfərovun və Elmi katib, dosent Yetər Əliyevanın müəllifi olduqları “Statistika” kitabının, həmçinin İMF-nin dosenti Ağasəf İmranın, “Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının müdiri, professor Qəzənfər Süleymanovun və İMF-nin dosenti Kamran İsayevin “İqtisadi informatika” adlı dərs vəsaitlərinin təqdimatı keçirilib.

 

Təqdimatda ADNSU-nun Elm və texnika işləri üzrə prorektoru, texnika elmləri doktoru Rauf Əliyarov, Azİİ Elektron Kitab Evinin direktoru Səlahət Mahmudova, həmçinin İMF-nin professor-müəllim heyəti və tələbələr iştirak edib.

 

Təqdimatda iqtisadiyyat fakültəsinin tələbə və magistrantları üçün nəzərdə tutulan dərs vəsaitlərinin tələbələr üçün əhəmiyyəti qeyd olunub. Tədbirdə vurğulanıb ki, “İqtisadi informatika” və “Statistika” dərsliklərində iqtisadiyyat elminin nəzəri əsasları, fənnin predmeti, metod və vəzifələri, statistika cədvəlləri və qrafikləri, mütləq və nisbi kəmiyyətlər və digər mövzular yer alıb.