ADNSU nümayəndələri şirkətdə tələbələr üçün yaradılan şəraitlə tanış olublar


Aprelin 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup professor-müəllimi "Mobicom" MMC-də istehsalat təcrübəsinə cəlb olunmuş “İnformasiya texnologiyaları və sistem mühəndisliyi” və “Kompüter mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb. Təcrübə prosesini müşahidə edən ADNSU nümayəndələri şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

 

"Mobicom" MMC rəhbərliyi ilə təcrübə prosesi barədə müzakirələr aparan ADNSU nümayəndələrinə tələbələrin praktiki biliklərinin möhkəmləndirilməsi üçün görülən işlər haqqında məlumat verilib. Görüşdə həmçinin, buraxılış işi mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları və başqa məsələlər müzakirə olunub.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.