İstedadlı gənclər Bakıda keçiriləcək qala konsertdə iştirak etmək hüququ qazanıb


Lənkəran Dövlət Universitetində ümummilli  lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş ümumrespublika bədii yaradıcılıq festivalının baxış turu keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali, orta və ilk peşə təhsilli müəssisələrinin şagird və tələbələri arasında  bədii yaradıcılıq  festivalının keçirilməsində  əsas məqsəd gənclərimizi milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, eyni zamanda incəsənət sahəsindəki istedadları üzə çıxarmaq və inkişaf etdirməkdir.

 

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov münsiflər heyətinin sədri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudovanı  və Əməkdar incəsənət xadimi , bəstəkar Nailə Mİrməmmədlini salamlayaraq müsabiqədə iştirak edəcək gənclərə  uğurlar  arzuladı. Natiq İbrahimov gənclərin asudə vaxtlarının təşkilində, hərtərəfli formalaşmasında, yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasında bu cür müsabiqələrin mühüm rol oynadıgıni, sağlam və yaradıcı təfəkkürlü gənclərə bütün zamanlarda ciddi ehtiyac duyulduğunu bildirdi.

 

Sonra meydan yaradıcı gənclərə verildi. LDU-nun, Astara Pedaqoji , Masallı Regional kollecləri tələbələrinin ifasında mahnılar, şeirlər səsləndi, milli və müasir rəqslər ifa edildi.İstedadı ilə seçilən gənclər mayın 7-də Bakıda keçiriləcək  qala konserdə iştirak etmək hüququ əldə etdilər.

 

Esmira İsmayılova,

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri