Azərbaycan ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu davam edir. Martın 15-dən başlayan proses aprelin 15-dək internet vasitəsilə aparılır.

 

Dövlət İmtahan Mərkəzindən “Azərbaycan müəllimi” qəzetinə bildirilib ki, aprelin 8-i saat 09.15-ə olan məlumata əsasən, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ümumilikdə 66825 abituriyent öz ərizəsini təsdiq edib.

 

İxtisas qrupları, yaz və yay qəbul imtahanları, eləcə də orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyat sayı ilə DİM-in saytında statistika bölməsində real vaxt rejimində tanış olmaq mümkündür.

 

Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizebak/erize) daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər.

 

Qəbul haqqında elanın tam mətni ilə http://eservices.dim.gov.az/erizebak/erize/  yerləşdirilib.

 

Qeyd edək ki, tələbə qəbulu elanı və digər zəruri məlumatlar "Abituriyent" 2 jurnalında da ətraflı verilib.