Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında növbəti “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir. Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətinə marağı təbliğ etməkdir.

 

Qaliblər müsabiqənin sponsoru olan “Kapital Bank” ASC tərəfindən pul mükafatı qazanacaqlar.  Belə ki, müsabiqədə 1-ci yer 2000 AZN, 2-ci yer 1500 AZN, 3-cü yer 1000 AZN mükafat əldə edəcək. Finala çıxan komandalara Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 3 günlük mentorluq və digər təlimlər keçiriləcək.

 

“Made in Azerbaijan” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:

 

16 aprel-5 may – Biznes ideyaların qəbul edilməsi;

 

6 may-12 may – Təqdim edilən biznes ideyaların Ekspert Şurasıtərəfindən dəyərləndirilməsi və 5 finalçının müəyyənləşdirilməsi;

 

14 may-16 may - Finalçılara mentorluq və təlimlərin keçirilməsi;

 

20-23 may – Final mərhələsi və mükafatlandırılma;

 

Finala çıxmış biznes ideyaların təqdimatı və münsiflər heyəti tərəfindən 3 qalibin müəyyən edilərək mükafatlandırılması.

 

Biznes ideyalar təqdim edilməsi barədə tələblər isə belədir:

 

İdeyaların qeyd olunan Sərəncama və müsabiqənin missiyasına uyğunluğu;

 

Modern, orijinal, kreativ və aktual yanaşma;

 

Layihənin daxili bazarda tətbiqinin reallığı;

 

Layihənin formatı (esse, təqdimat, video-çarx və digər);

 

Sadələşdirilmiş və biznes ideya səviyyəsində maliyyə planı.

 

Biznes ideyaları 5 may 2019-cı il tarixinə qədər [email protected] e-mail ünvanına göndərilə bilər.