“Azərbaycan Texniki Universitetində (AzTU) “Startap günləri” başa çatıb.  Rektor vəzifəsini icra edən Xalıq Yahudov gənclərin layihələri ilə tanış olub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

“Startap günləri”nin sonuncu günündə gənc startapçılar üçün yerli ekspertlərin iştirakı ilə təlimlər keçirilib.

 

Daha sonra komandalar biznes ideyaların reallaşması üzrə layihələrinin ilkin versiyalarını  hazırlayaraq təqdim ediblər.

 

Günün sonunda münsiflərin səsverməsi ilə 5 layihədən 3-ü bəyənilib və qalib komandalar seçilib. I yerə “Aqrostari”, II yerə “Tələbə inkişaf klubu”, III  yerə isə “Erkən xəbərdarlıq sistemi” komandaları layiq görülüb.

 

Qalib komandalara diplom və hədiyyələr verilib. Bundan başqa, “Startap Günləri”ndə keçirilən təlimlərdə iştirak edən gənclərə isə sertifkatlar təqdim edilib. 

 

Sifai SƏFƏROVA