UNEC rektoru, professor Ədalət Muradov Ali İqtisad Məktəbinin (AİM) (“Высшая Школа Экономики”) rektoru Yaroslav Kuzminovun dəvəti ilə XX Aprel Beynəlxalq Elmi Konfransında iştirak edib.

 

Konfransa dünyanın aparıcı universitetlərinin nümayəndələri (Harvard, Bonn, Kaliforniya, Miciqan, Vyana, Florida, Sidney və digər universitetlər) fəxri məruzəçi və iştirakçı qismində qatılıblar.

 

Tədbir RF-nın baş nazirinin birinci müavini və maliyyə naziri Anton Siluanov tərəfindən Rusiya Federasiyasının Prezidentinin təbrik məktubunun səsləndirilməsi ilə başlayıb.

 

Konfransda Rusiya Federasiyasının Federal məclisi Dövlət Dumasının Büdcə və vergi üzrə Komitəsinin sədri A.M. Makarov, Rusiyanın Sənayeçilər və Sahibkarlar ittifaqının Prezidenti və Rusiyanın Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universitetinin Prezidenti A.N. Şoxin, Rusiyanın Mərkəzi Bankının sədrin birinci müavini K.V. Yudayeva,  Rusiyanın Ali İqtisad Məktəbi Elmi Tədqiqat Universitetinin rektoru Y.İ. Kuzminov və digərləri çıxış ediblər.

 

Toplantıda dövlət idarəçiliyi, maktoiqtisadiyyat və iqtisadi artım, beynəlxalq münasibətlər, dünya iqtisadiyyatı, sosial siyasət maliyyə institutarı və digər məsələlər müzakirə olunub.

 

Tədbir şərçivəsində UNEC rektoru, professor Ə.Muradovun Ali İqtisad Məktəbinin rektoru Yaroslav Kuzminov ilə görüşü zamanı ikitərəfli əməkdaşlıq imkanları geniş müzakirə edilib, ikili diplomla bağlı işlərə start verilməsi razılığı əldə edilib. Hər iki tərəfdən səsləndirilmiş digər təkliflərin daha ətraflı müzakirəsi üçün may ayında Ali İqtisad Məktəbinin nümayəndələrinin UNEC-ə səfərinə dair qərar qəbul edilib.

 

UNEC rektoru həmçinin, Breyqel İnstitutundan (Belçika) məruzəçi Marek Dombrovski, ABŞ-ın Florida Atlantik Universitetindən olan fəxri məruzəçi Əli Farazmanda, Siena Universitetindən professor Maurisio Pompella, Katovays İqtisadiyyat Universitetindən professor İvona Paulas (Polşa), Ali İqtisad Məktəbindən professor Fuad Ələsgərov, AİM-in vitse-prezidenti İvan Prostakov, AİM-in Beynəlxalq inkişaf departamentinin rəhbəri Marina Batalina, AİM-in Sənaye və bazar tədqiqatları institutunun direktoru, professor Andrey Yakovlev, IDP şirkətindən Lorenso Kostantino ilə görüşlər keçirib.

 

Eləcə də, Ə.Muradov RF-da inklüziv təhsil üzrə lider olan Moskva Humanitar-İqtisad Universitetində olub və rektor Vaqif Bayramov ilə görüş keçirib. Görüşdə ikitərəfli əməkdaşlıq, yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində görülən işlər müzakirə edilib. Universitetlər arasında ikili diplom proqramının tətbiqi üçün işlərin tamamlanması müzakirə olunub.