AMEA-nın alimləri Avropa Yer Elmləri Baş Assambleyasının Vyana şəhərində keçirilən növbəti iclasında iştirak ediblər. Belə ki, AMEA-nın Yer elmlər bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Geologiya və Geofizika İnstitutunun alimləri-yer elmləri üzrə fəlsəfə doktorları Rafiq Səfərov, Nigar Qaragözova, Tofiq Rəşidov və Orxan Abbasov toplantıda elmi məruzələrlə çıxış ediblər.

 

ABŞ, Yaponiya, Çin və Avropadan alimlərin qatıldığı konfransda Azərbaycan nümayəndə heyəti geologiya və geofizikada tətbiq edilən yeni cihaz və avadanlıqların təqdim edildiyi sərgi və  yer elmləri sahəsində qabaqcıl alimlərin əldə etdiyi yeni elmi nəticələrlə də tanış olublar.

 

Konfrans çərçivəsində Massaçusets Texnologiyalar İnstitutunun professoru R.Reilinger, Aralıq dənizi və Qafqaz regionunun kinematikası və geodinamikası üzrə beynəlxalq layihənin iştirakçıları ilə alınmış nəticələrə dair müzakirələr aparılıb və gələcək birgə tədqiqat istiqamətləri müəyyənləşdirilib.

 

Bundan başqa, azərbaycanlı alimlər İstanbul Texniki Universitetinin professoru, görkəmli geoloq alim C.Şengör və İsrailin Təl-Əviv Universitetinin professoru L.Eppelbaumla görüşüblər.