Avstraliyalı startapçılar dünyada ilk işlək istilik batareyası hazırlayıblar. İstismar müddəti 20 il olan batareya litium-ion batareyaları ilə müqayisədə 60-80% ucuzdur və onlardan 6 dəfə daha çox enerji saxlaya bilmək imkanına malikdir.

 

www.hi-tech.mail.ru saytının məlumatına görə, istənilən növ elektrik enerjisini (günəş, külək və bilavasitə şəbəkədən alınan) birləşdirə bilən modulyar enerji toplayıcısı “TED”-dən (Thermal Energy Device) xüsusi izolyasiyalı kamerada silisiumun qızdırılması və əridilməsi üçün istifadə edilir. Standart “TED” batareyası özündə 1,2 meqavatt-saat enerji saxlayır və asanlıqla 6 metrlik konteynerə yerləşir.

 

İstehsalçıların məlumatına əsasən, yeni qurğu qurğuşun-turşu batareyasına nisbətən 12 dəfə daha çox enerji saxlamaq imkanına malikdir.