Türkiyəli alimlər tələbələrə mühazirə oxuyub


Türkiyənin Atatürk Universiteti ilə ADAU arasında elm və tədris sahələrində əlaqələrin daha da möhkəmlənməsi istiqamətində bir sıra layihə həyata keçirilir. Mövlanə Beynəlxalq  proqramı  üzrə professor doktor Abdulmecit Albayrak, professor doktor Yasin Bayır və dosent doktor Erol Akpınar Baytarlıq təbabəti və zoomühəndislik fakültəsndə tələbələrə tədqiqat obyekti olan bitkinin botaniki, farmakoqnostiki və farmakoloji aspektlərdə  öyrənilməsinə dair  mühazirə oxuyub.

 

Qeyd edək ki, hazırda Atatürk Universitetində bir ADAU məzunu magistratura təhsili alır, bir magistrant və 2 bakalavr isə 6 aylıq tədris proqramını yerinə yetirirlər. Həmçinin Atatürk Universitetinin  2 bakalavrı ADAU - da 6 aylıq tədris proqramında biliyini və elmi potensialını artırır.

 

Layihənin ADAU-dan olan icraçıları Biologiya kafedrasının. dosenti Abbas İsmayılov və Əczaçılıq kafedrasının baş müəllimi Nərmin Tağıyevadır.