2019-cu il 22-27 sentyabr tarixlərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları” mövzusunda 45-ci illik konfransı keçiriləcək

 

Dövlət İmtahan Mərkəzi qiymətləndirmə alətləri hazırlayan elmi-tədqiqat mərkəzlərini, ali təhsil müəssisələrini, uyğun dövlət orqanları və digər maraqlı tərəfləri Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın Bakıda keçiriləcək 45-ci illik konfransına (IAEA 2019) öz elmi tezislərini təqdim etməyə dəvət edir. Konfrans 2019-cu il 22-27 sentyabr tarixlərində “Fairmont Baku” otelində keçiriləcək. Konfransın mövzusu “Qiymətləndirmə və qərarvermə: fərdi və institusional həll yolları”dır.

 

Qeyd edək ki, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) ali və orta ümumtəhsil müəssisələrində, müxtəlif təşkilatlarda və iş yerlərində təhsilin qiymətləndirilməsində iştirak edən qurumlar üçün yaradılmış qlobal forumdur. IAEA hər il təhsildə qiymətləndirmənin keyfiyyətinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafı məqsədi ilə illik beynəlxalq konfranslar təşkil edir.

 

Konfransda aşağıdakı mövzulara uyğun təqdimatların ediləcəyi nəzərdə tutulur:

 

•        Qiymətləndirmənin qərar-qəbuletmə prosesində istifadəsi;

 

•        Qərar qəbuletmədə qiymətləndirmənin etibarlılığı və uyğunluğu;

 

•        Daha yaxşı qərar qəbul etmək üçün qiymətləndirmə texnikası;

 

•        Daha yaxşı proqnozlar üçün əlavə dəyər ölçülərinin yaradılması;

 

•        Təhsildə və dövlət qulluğunda qiymətləndirmənin institusional islahat aləti kimi istifadəsi;

 

•        Dövlət və özəl sektorda test və işə qəbul siyasəti ilə bağlı imkanlar və problemlər;

 

•        İnsan resurslarının idarəedilməsində Səriştə Modelinin tətbiqi;

 

•        Universitetlərə və dövlət qulluğuna qəbulda qiymətləndirmə alətlərinin gələcəyi;

 

•        Təhsil sistemində və yaxşı idarəetmədə qiymətləndirmənin innovativ alət kimi istifadə edilməsi;

 

•        Qiymətləndirmə verilənləri və qərar qəbul etmə məsuliyyəti;

 

•        E-qiymətləndirmə və texnoloji-üstünlüklü platformalar;

 

•        Təhsil və işçi qüvvəsinin qiymətləndirilməsində operativ tədqiqat.

 

 

Abstrakt qəbulu üçün qeydiyyat başlanır: 15 dekabr, 2018

Abstrakt qəbulu başa çatır: 15 may, 2019

Məqalə qəbulu başa çatır: 25 avqust, 2019

Konfransın tarixi: 22-27 sentyabr, 2019

 

 

 

Konfransda çıxış etmək istəyən şəxslər verilmiş cədvələ uyğun olaraq öz işlərini təqdim etməyə dəvət olunurlar. Qeyd edək ki, 1 may 2019-cu il son müraciət tarixidir.

 

Bu konfrans tədqiqatçılar və peşəkarlar üçün mövcud proses və nailiyyətlər haqqında fikirlərini paylaşmaq, eləcə də qiymətləndirmə və qərarvermədə yeni tendensiyalar yaratmaq imkanlarını nəzərdən keçirməyə şərait yaradacaqdır.

 

Daha ətraflı məlumat üçün konfransın rəsmi səhifəsini ziyarət edə bilərsiniz: http://iaea2019.org/